İranın Hörmüzü bağlaması “beynəlxalq şantaj” formasıdır – Heqset

Baş səhifə

Bakı.Trend:

ABŞ İranın Hörmüz boğazını bağlamasını “beynəlxalq şantaj”
forması kimi qiymətləndirir.

Trend xəbər verir
ki, bu barədə ABŞ-nin Müharibə naziri Pit Heqset Pentaqonda
keçirilən mətbuat konfransında bildirib.

“İran dünyanı özünə tabe etdirməyə çalışır”,-deyə Heqset qeyd
edib. Heqseth əlavə edir ki, İran “Project Freedom” əməliyyatını
pozmağa cəhd edərsə, ABŞ-ın sarsıdıcı hərbi gücü ilə üzləşəcək.

“ABŞ dəniz daşımalarını İranın təcavüzündən qorumağı qarşısına
məqsəd qoyur. Hörmüz boğazının açılması çərçivəsində ABŞ-nin İranın
hava məkanına və ya ərazi sularına daxil olmasına ehtiyac yoxdur”,-
deyə Pentaqon rəhbəri bildirib.




Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən
danışıqlarda razılaşma əldə olunmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir