
Bakı. Trend:
Pakistanın Sind əyalətində, xüsusilə liman şəhəri olan Kəraçidə
müşahidə olunan anomal isti hava şəraiti azı 10 nəfərin ölümünə
səbəb olub.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Pakistan Meteroloji Departamentinin bundan əvvəl yaydığı
məlumata görə, şəhərdə 2018-ci ildən bəri ən qızmar gün qeydə
alınıb. Belə ki, temperatur yaz fəsli üçün anomal sayılan – 44
dərəcəyə (selsi) yüksəlib.
Təbii fəlakətlərlə mübarizə üzrə Milli İdarənin tövsiyələrinə
əsasən, tibb müəssisələri yüksək hazırlıq vəziyyətinə
gətirilib.
Normanı aşan ekstremal yüksək temperatur ölkə üzrə milyonlarla
insan üçün təhlükə yaradır.

