
Bakı.Trend:
Rusiyalı jurnalist və yazıçı, “The New York Times” qəzetinin
köşə yazarı Maşa Gessen Pulitzer mükafatına layiq görülüb.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Pulitzer mükafatının təşkilatçıları qeyd edirlər ki, jurnalist
tarixi faktlara və şəxsi təcrübəyə əsaslanan, zülm, mənsubiyyət və
sürgün kimi aktual mövzuları araşdıran dərin düşünülmüş esselər
toplusuna görə bu mükafatla təltif olunub.
Gessen materiallarında SSRİ, Rusiya və ABŞ-da yaşamaq
təcrübələrinə əsaslanaraq siyasət və sosial problemlər barədə
mülahizələr yürüdür.
Belə ki, esselərdən birində Gessen ABŞ Prezidenti Donald Trampın
ikinci prezidentlik müddəti ərzində ABŞ-də baş verən
dəyişikliklərdən bəhs edir və bunu Rusiyada avtoritarizmin
güclənməsi ilə müqayisə edir.

