ABŞ-nin yanacaq-doldurma təyyarəsi həyəcan siqnalı göndərib

Baş səhifə

Bakı.Trend:

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “KC-135” yanacaqdoldurma
təyyarəsi Fars körfəzi üzərində hava məkanında həyəcan siqnalı
göndərib.

Bu barədə Trend
xarici KİV-ə istinadən xəbər verir.

Birləşmiş Ərəb Əmirliklərində yerləşən Əl-Dafra aviabazasından
havaya qalxan təyyarə 7700 həyəcan kodunu ötürüb ki, bu da bortda
təcili eniş tələb edən fövqəladə vəziyyətin yarandığını
göstərir.




Məlumata görə, təyyarə enişə başlamazdan əvvəl bir müddət
dairəvi trayektoriya üzrə uçub.

Nə CENTCOM, nə də Pentaqon hələ ki, sözügedən təyyarə ilə bağlı
açıqlama verməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir