
Bakı. Trend:
Fransa hakimiyyəti vergiləri artırmaq qərarına gəlsə, “TotalEnergies” yanacaq qiyməti limitini gözləməyəcək.
Trend xəbər
xarici mediaya istinadla verir ki, bu barədə şirkətin baş direktoru
Patrik Puyanne bildirib.
“Böhranın lap əvvəlindən biz çox səxavətli qiymət həddi müəyyən
etmişik. Əgər hökumət neft emalı zavodlarına vergi tətbiq etmək
qərarına gələrsə, biz ödəyəcəyik, amma təbii ki, fransızlar üçün
qiymət həddi siyasətini özü həyata keçirməli olacaq. “TotalEnergies” bu işə qarışmayacaq”, – deyə o bildirib.
Puyanne Fransada yanacaq çatışmazlığının “olmayacağına” söz
verib.
30 apreldə TotalEnergies yanacaq qiymətinə qoyulan məhdudiyyəti
ən azı may ayının sonuna qədər uzatmaq niyyətində olduğunu
açıqlayıb. Yanacaqdoldurma məntəqələrində maksimum qiymət benzinin
litri üçün 1,99 avro, dizelin litri üçün isə 2,25 avro olacaq.
“TotalEnergies” şirkətinin açıqlaması, şirkətin 2026-cı ilin
birinci rübündə mənfəətinin kəskin artması ilə bağlı ictimai
müzakirələr fonunda yayılıb.

