Rusiya ordusu Kramatorsku bombaladı, ölənlər var

Baş səhifə

Rusiya ordusu Donetsk vilayətinin Kramatorsk şəhərinin mərkəzinə 3 fuqas aviasiya bombası atıb, nəticədə 5 nəfər həlak olub, daha 5-i yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Prezidenti Volodimir Zelenski feysbuk səhifəsində yazıb.

O bildirib ki, Kramatorskda xilasetmə əməliyyatı davam edir.

“Yaxınlarını itirən ailələrə və doğmalarına dərin hüznlə başsağlığı verirəm. Təəssüf ki, qurbanların sayı arta bilər”, – deyə o vurğulayıb.

Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin isə qeyd edib ki, hadisə yerində polis və xilasedicilər, kommunal və tibbi xidmət əməkdaşları çalışırlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir