
Bakı. Trend:
ABŞ Hörmüz boğazında gəmiçiliyin azadlığını təmin etmək məqsədi
daşıyan qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim
edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko
Rubionun açıqlamasında bildirilib.
Bəyanatda bildirilir ki, Vaşinqton Tehrandan hücumları, dəniz
minalarının yerləşdirilməsini və rüsumların yığılmasını
dayandırmağı tələb edir. Bundan əlavə, ABŞ İrandan minaların sayını
və yerini açıqlamağı, onların çıxarılmasına kömək göstərməyi və
humanitar dəhlizin yaradılmasını dəstəkləməyi gözləyir.
BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı, Küveyt və Qətər qətnamə
layihəsinin həmmüəllifləridir.

