Belarus Ermənistana nota verdi

Baş səhifə

Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili Artur Sərkisyanı bu gün Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.

Modern.az xəbər verir ki, bu barədə Belarus XİN məlumat yayıb.

“Ermənistan tərəfinin son qeyri-dost hərəkətləri ilə əlaqədar olaraq erməni diplomata sərt etiraz bildirilib və müvafiq nota təqdim edilib”, – məlumatda bildirilib.

Xatırladaq ki, Ermənistan parlamentinin sədri Alen Simonyan Belarusu Rusiyanın əyaləti adlandırmış və Ermənistanın bu cür əyalət kimi idarə olunmayacağını bəyan etmişdi. Belarus hakimiyyəti buna öz etirazını bildirmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir