Goradil qəbiristanlığında tapılan uşağın vəziyyəti nəzarətə götürülüb – SXA

Baş səhifə

Bakı. Trend:

Sosial Xidmətlər Agentliyi Goradil qəbiristanlığında Fatimeyi
Zəhra Məscidinin yanında tapılan uşağın vəziyyətini nəzarətə
götürüb.

Agentlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Abşeron
rayonu ərazisində tapılan və valideynləri tərəfindən atıldığı
bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər
Agentliyinin əməkdaşları prosesə cəlb olunub.

Qeyd olunub ki, hazırda Sosial Xidmətlər Agentliyinin
əməkdaşları tərəfindən körpənin mövcud vəziyyəti nəzərə alınaraq
qanunvericiliyə uyğun addımlar atılır.




“Müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə
uşağın mənafeyinə uyğun olaraq onun müvafiq qayğı ilə əhatə
edilməsi üçün tədbirlər görüləcək”.

Xatırladaq ki, dünən Goradil qəbirsitanlığının Fatimeyi Zəhra
Məscidinin yanında atılmış uşağın valideynləri tapılıb. “Azərbaycan
Uşaqları” birliyinin sədri Kəmalə Ağazadə isə sosial media
hesabında uşağın anasının ondan rəsmi imtina etdiyi barədə məlumat
paylaşıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir