
Bakı. Trend:
ABŞ-nin Texas ştatının Kerrolton şəhərində ticarət mərkəzində və
yaşayış evində baş verən atışma nəticəsində 2 nəfər həlak olub, 3
nəfər yaralanıb.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, şübhəli şəxs artıq polis əməkdaşları tərəfindən
saxlanılıb. Onun 69 yaşlı kişi olduğu bildirilir.
Müəyyən edilib ki, o, əvvəl şəhərin Koreya Ticarət Mərkəzində
keçirilən işgüzar görüşdə odlu silahdan atəş açaraq bir nəfəri
öldürüb, üç nəfəri yaralayıb. Daha sonra cinayət yerinin
yaxınlığında yerləşən mənzilə yollanıb və orada başqa şəxsə atəş
açıb.
Silahlı insidentin cinayətkarla onun qurbanları arasında olan
maddə mübahisə ilə əlaqəli olduğu bildirilir.

