Van İ: Çin İranın etibarlı strateji tərəfdaşıdır

Baş səhifə

Çin İranın etibarlı strateji tərəfdaşıdır.

APA xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ iranlı həmkarı Abbas Əraqçi ilə Pekində keçirilən görüş zamanı bildirib.

Nazir qeyd edib ki, Çin İranla strateji əməkdaşlığa böyük önəm verir.

Pekin Tehranla siyasi etimadı daha da gücləndirməyə və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə hazırdır”, – Van İ əlavə edib.

O, eyni zamanda, yüksək səviyyəli təmasların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı nüvə məsələsinə də toxunan Çin rəsmisi İranın hüquqlarını dəstəklədiklərini bildirib.

“Çin İranın nüvə silahı hazırlamaqdan imtina öhdəliyinə sadiqliyini yüksək qiymətləndirir və onun nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququnu tanıyır”, – nazir vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir