
Bakı.Trend:
Masazır qəsəbəsində son aylarda məhəllələrdə naməlum şəxslərin
görünməsi, gecə saatlarında baş verən şübhəli hərəkətlər sakinləri
narahat edir.
Trend xəbər
verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev
bildirib ki, ərazi nəzarətə götürülüb:
“Ərazi üzrə daxil olan müraciətlər qeydə alınıb, müvafiq
tapşırıqlar verilib. Araşdırma aparılır”.

