
Bakı. Trend:
Mayın 06-sı saat 15:00-a olan məlumata əsasən hazırda ölkə
ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ayrı-ayrı
yerlərdə yağıntılar intensiv xarakterlidir. Daşkəsən rayonunun
yüksək dağlıq ərazilərinə və Şahdağda qar yağır.
Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Gəncə, Naftalan, Şəmkir,
Ağstafa, Tovuz, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Oğuz,
Qəbələ, Bərdə, Ağdam, Tərtər, İsmayıllı, Altıağac, Quba, Qusar,
Mingəçevir, Yevlax, Göyçay, Kürdəmirdə yağış yağır.
Göygöl, Zaqatala, Balakən, Şəki, Qax (Sarıbaş), Qəbələ, Şamaxı,
Altıağac, Qusar, Göyçay, Lerikdə duman müşahidə olunur. Görünüş
məsafəsi 200 m-dək məhdudlaşır.

