Həkiminiz ən yaxın müttəfiqinizdir – Rövşən Nəcəfov

Baş səhifə

Bakı. Trend:

Cəmiyyətdə həkim peşəsinin qorunması səhiyyə sisteminin
dayanıqlığı və ictimai sağlamlığın təhlükəsizliyi baxımından
vacibdir. Yalnız birgə səylərlə ən böyük dəyər olan insan
sağlamlığını və həyatını qoruya bilərik.

Trend xəbər
verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi 2 nömrəli
Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt
Rövşən Nəcəfov açıqlayıb.

Onun sözlərinə görə, Azərbaycan həkimləri hər gün yüksək peşəkar
və mənəvi məsuliyyət daşıyır, ağır iş yükü və emosional gərginlik
şəraitində insan həyatı ilə bağlı qərarlar qəbul edirlər:




“Bu fəaliyyət səhiyyə sisteminin əsas dayağını təşkil edir və
onun qorunması ümumi ictimai maraqdır. Tibb ictimayyəti sosial
şəbəkə istifadəçilərini məlumatların yayılmasında məsuliyyətli
olmağa, faktları yoxlamağa və səhiyyə sisteminə, eləcə də bu sahədə
çalışan insanlara etimadı zədələyə biləcək ümumiləşdirmələrdən
çəkinməyə çağırır”.

R.Nəcəfov vətəndaşlara da müraciətində bildirib ki, həkim
onların sağlamlığı uğrunda mübarizədə ən yaxın müttəfiqdir:

“Qarşılıqlı hörmət, etimad və əməkdaşlıq effektiv tibbi yardımın
əsas şərtidir. Həkimə hörmət və etimadın qorunması təkcə etik
məsələ deyil, həm də sistemin funksional sabitliyi üçün zəruri
amildir, çünki bu dəyərlər zəiflədikdə tibbi qərarların düzgünlüyü
və ümumi sağlamlıq nəticələri də risk altına düşür”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir