“Android”in Azərbaycan bazarındakı payı azalıb

Baş səhifə

Bakı.Trend:

Bu ilin aprel ayında “Android” əməliyyat sisteminin Azərbaycan
bazarındakı payı ötən ayla müqayisədə 1,6 faiz bəndi azalaraq,
36,32 faizə çatıb.

Trend bu
barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat
verir.

Məlumata görə, bu ay Azərbaycanda ən populyar ikinci əməliyyat
sistemi isə “Microsoft Windows” olub. Sistemin bazar payı fevral
ayı ilə müqayisədə 2,7 faiz bəndi artaraq 29,03 faiz təşkil
edib.




Üçüncü yerdə isə 18 faiz bazar payı ilə “iOS” qərarlaşıb (ötən
ayla müqayisədə 0,62 faiz bəndi həcmində azalma müşahidə
olunub).

Digər əməliyyat sistemlərinin Azərbaycan bazarındakı payı isə
16,65 faiz təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir