Su ehtiyatlarının qorunması Azərbaycan üçün strateji vəzifədir – Riyad Axundzadə

Baş səhifə

Bakı. Trend:

Dünyanın bir çox ölkəsində olduğu kimi, su ehtiyatları
məsələləri Azərbaycanda da hər zaman gündəliyin mühüm hissəsini
təşkil edib.

Trend xəbər verir
ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strategiya,
beynəlxalq əməkdaşlıq və elm departamentinin rəhbəri Riyad
Axundzadə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və
Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı
səfirliyinin təşkilatçılığı ilə Düşənbə şəhərində “Dayanıqlı
İnkişaf üçün Su: 2018-2028” üzrə Beynəlxalq Fəaliyyət Onilliyi
çərçivəsində keçiriləcək 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransa
hazırlığa həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, davamlı su təchizatının təmin edilməsi, su
ehtiyatlarından səmərəli istifadə və onların qorunması Azərbaycan
üçün təkcə ekoloji deyil, həm də strateji vəzifədir.




“Hələ 2020-ci ilin aprel ayında Azərbaycan ciddi su streslərinə
ən çox məruz qalan ölkələr arasında 18-ci yeri tuturdu. Lakin o
vaxtdan bəri biz mühüm transformasiya yolu keçmişik. İlk növbədə,
2020-ci ilin sonunda Qarabağ və Şərqi Zəngəzurda su ehtiyatları
üzərində nəzarətin bərpasını qeyd etmək istərdim”, – deyə o
bildirib.

O qeyd edib ki, bu regionlar xüsusi əhəmiyyət kəsb edir, belə
ki, ölkənin daxili su ehtiyatlarının təxminən dörddə birini
formalaşdırır.

“Görülən bu tədbirlər su ehtiyatlarının idarə olunmasının
səmərəliliyinin artırılmasına və işğaldan azad edilmiş ərazilərin
dayanıqlı inkişafının təmin edilməsinə yönəlib”, – deyə o əlavə
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir