İran ABŞ-nin təklifini araşdırır

Baş səhifə

Bakı. Trend:

İran hazırda ABŞ-nin irəli sürdüyü təklifi araşdırmaqdadır.

Trend-in
məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi
İsmayıl Bəqai yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, İran yekun nəticəyə gəldikdən sonra öz
rəyini Pakistan tərəfinə bildirəcək.

Qeyd edək ki, ötən gün ABŞ Hörmüz boğazında hərbi münaqişə
səbəbindən akvatoriyada qalan gəmilərin keçirilməsi üçün həyata
keçiriləcək “Project Freedom” (“Azadlıq Layihəsi”) əməliyyatını
dayandırdğını elan edib.




İran tərəfi hazırda sadəcə müharibənin sona çatdırılması ilə
əlaqədar məsələni araşdırmaqdadır və nüvə məsələsinin müzakirəsinin
hazırda gündəmdə olmadığını bildirir.

Əlavə edək ki, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) 4
mayda Hörmüz boğazına ciddi dəniz nəzarəti üzrə yeni zonanı elan
edib.

Qeyd edək ki, 28 fevral -7 aprel ABŞ, İsrail və İran arasında
baş verən müharibə nəticəsində Hörmüz boğazından sərbəst şəkildə
gəmilərin keçidinə ciddi şəkildə məhdudiyyət yaranıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir