
Bakı.Trend:
“Swiss” hava yolları şirkətinə məxsus LX123 reysi ilə uçan
sərnişin təyyarəs pilotlardan birinin halının pisləşməsi və tibbi
yardıma ehtiyacının yaranması ilə əlaqədar Almatı hava limanın
məcburi eniş etməli olub.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
“Xoşbəxtlikdən, göyərtədə üç həkim var idi və onlar pilota ilkin
tibbi yardım göstərə bildilər”, – deyə aviaşirkət rəsmisinin
mətbuata açıqlamasında deyilir.
“Swiss”in nümayəndəsi əlavə edib ki, həkimlərin tövsiyəsi ilə
ekipaj reysi Almatıya yönləndirmək qərarı qəbul edib. Onun
sözlərinə görə, göyərtədə 227 sərnişin və 14 ekipaj üzvü olub
Bundan əvvəl Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi Seul–Sürix
marşrutu üzrə uçan təyyarənin Almatı hava limanına plandankənar
eniş etməsi ilə bağlı məlumatı təsdiqləyib və bildirib ki, qurumun
məlumatına əsasən, eniş normal rejimdə baş tutub.

