“Monako” “Barselona”ya 11 milyon avro ödəyəcək

Baş səhifə

Bakı. Trend:

“Monako” “Barselona”dan icarəyə götürdüyü Ansu Fati ilə bağlı
qərar verib.

Trend xəbər
verir ki, Fransa klubu ispaniyalı vingerin transfer hüquqlarına
yiyələnəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.




“Knyazlıq” klubu 23 yaşlı futbolçu üçün 11 milyon avroluq
satınalma bəndini işə salacaq.

Qeyd edək ki, “Monako” Ansu Fatini mövsümün əvvəlində icarəyə
götürüb. İspaniya millisinin sabiq üzvü bu mövsüm Liqa 1
təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 11 qol
vurub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir