Ukrayna Prezidenti Prezident İlham Əliyevə zəng edib

Baş səhifə

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti
İlham Əliyevə zəng edib.

Trend xəbər
verir ki, bu barədə Prezident İlham Əliyevin “X” hesabında bununla
bağlı paylaşım edilib.

Paylaşımda deyilir:

“Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin inkişafında
müsbət dinamikadan məmnunluq ifadə edildi. Həmçinin Qəbələdə
keçirilən görüşdə müzakirə olunan məsələlərin ikitərəfli gündəlik
çərçivəsində həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi
aparıldı”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir