FIFA “Neftçi”yə transfer qadağası tətbiq edib

Baş səhifə

Bakı. Trend:

FIFA “Neftçi”yə transfer qadağası qoyub.

Trend xəbər verir ki, bu
barədə ali futbol qurumunun rəsmi saytında məlumat
yerləşdirilib.

Bildirilib ki, Azərbaycan təmsilçisi yeni oyunçuları qeydiyyata
ala bilməyəcək.

FİFA-nın məlumatına görə, Bakı klubuna transfer qadağası 5 may
2026-cı ildə qüvvəyə minib.




Ukraynalı Yuri Vernidubun rəhbərlik etdiyi kluba transfer
qadağası qarşıdakı üç “transfer pəncərəsi” dönəmində qüvvədə
olacaq.

Qərarın konkret səbəbləri hələ açıqlanmayıb. İşin təfərrüatları,
eləcə də sanksiyaların tətbiq edilməsi üçün hər hansı maliyyə və ya
intizam əsasları məlum deyil.

FİFA siyahısında Türkiyənin “Antalyaspor”, Misirin “Zamalek”,
Rumıniyanın “CFR Kluj” və bir sıra digər klublar da yer alıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir