“OpenAI” “ChatGPT” üçün yeni pulsuz model istifadəyə verib

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin “OpenAI” şirkəti əsas çatbot modeli kimi yeni “GPT-5.5
Instant” versiyasını təqdim edib.

Trend xəbər verir ki, bununla
bağlı məlumat şirkətin rəsmi saytında dərc olunan press-relizdə yer
alıb.

Bildirilib ki, “GPT-5.5 Instant” bundan sonra “ChatGPT”nin
pulsuz istifadəçiləri üçün əsas model olacaq və bu ilin mart ayında
təqdim edilən “GPT-5.3 Instant” modelini əvəz edəcək. Eyni zamanda,
əvvəlki versiya ödənişli istifadəçilər üçün növbəti üç ay ərzində
alternativ seçim kimi əlçatan qalacaq.




Şirkətin açıqlamasına əsasən, yeni model daha dəqiq, anlaşıqlı
və fərdi yanaşma əsasında cavablar təqdim etmək imkanına malikdir.
Aparılan daxili testlərin nəticələrinə görə, tibb, hüquq və maliyyə
sahələrində yanlış məlumatların sayı 52.5 faiz, ümumi səhvlərin
səviyyəsi isə 37.3 faiz azalıb.

Texniki göstəricilərdə də irəliləyiş qeydə alınıb. Belə ki,
model “AIME 2025” riyaziyyat imtahanında 81.2 bal toplayıb, halbuki
əvvəlki versiyanın nəticəsi 65.4 bal idi. “MMMU-Pro” çoxmodallı
düşünmə testində isə nəticə 69.2 baldan 76 bala yüksəlib.

“OpenAI” həmçinin vurğulayıb ki, yeniləmədən sonra “ChatGPT”
bütün modellər üzrə cavablarda istifadə olunan mənbələri
göstərəcək. Bu yenilik istifadəçilərə təqdim olunan məlumatların
hansı əsaslara söykəndiyini daha aydın görməyə imkan verəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir