HƏMAS rəhbərinin oğlu Qəzzada öldürüldü

Baş səhifə

HƏMAS rəhbərinin oğlu Qəzzada öldürüldü

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Qəzzada HƏMAS rəhbərlərindən biri olan Xəlil əl-Həyyanın oğlu Azzam əl-Həyyanın öldürüldüyü bildirilir.

HƏMAS-a yaxın media orqanlarının yaydığı məlumata görə, Azzam əl-Həyyə Qəzza şəhərinin Əd-Dərəc məhəlləsinə endirilən hava zərbəsi zamanı həlak olub.

İsrail mediası yazır ki, məlumat təsdiqlənərsə, bu, Xəlil əl-Həyyanın İsrail ordusunun əməliyyatları zamanı öldürülən ikinci oğlu olacaq.

Belə ki, 2025-ci ilin sentyabrında Qətərin paytaxtı Dohada HƏMAS rəhbərliyinin qərargahına endirilən zərbə nəticəsində onun digər oğlu Humam əl-Həyyə də həyatını itirmişdi.

Həmin hücum zamanı Xəlil əl-Həyyanın sağ qaldığı və hazırda da HƏMAS-ın xaricdə fəaliyyət göstərən kollektiv rəhbərliyində təmsil olunduğu qeyd edilir. Bu rəhbərlik təşkilatın keçmiş lideri Yəhya Sinvar öldürüldükdən sonra formalaşdırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir