
Bakı. Trend:
“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Real Madrid”ə mümkün
qayıdış şərtlərini açıqlayıb.
Trend-in
Sport.es-ə istinadən verdiyi məlumata görə, portuqaliyalı menecer
klub prezidenti Florentino Pereslə danışıqlar zamanı beş tələb
irəli sürüb.
Mənbənin məlumatına görə, Mourinyo iki illik müqavilə istəyir.
Bundan əlavə, məşqçi fitnes üzrə mütəxəssis Antonio Pintusun işdən
çıxarılmasını, tibbi heyətdə dəyişikliklər edilməsini və klub
rəhbərliyinin məşqçilik məsələlərinə tamamilə müdaxilə etməməsini
tələb edib.
Digər şərt isə mətbuat katibi vəzifəsinin tətbiqidir. Mourinyo
bütün mətbuat konfranslarında iştirak etmək istəmir, çünki bu, onun
“Real Madrid”dəki əvvəlki fəaliyyəti dövründə çoxsaylı qalmaqallara
səbəb olub.
Joze Mourinyo 2010-cu ildən 2013-cü ilə qədər Madrid klubuna
rəhbərlik edib. Bu müddət ərzində “Real Madrid” İspaniya liqasını,
Kral Kubokunu və İspaniya Superkubokunu qazanıb.

