
Bakı. Trend:
Dünya üzrə qlobal borc 2026-cı ilin birinci rübündə təxminən 353
trilyon dollara yüksəlib. Bu yeni rekord həddir.
Trend xəbər verir ki,
Nyu-York Beynəlxalq Maliyyə İnstitutunun (IIF) dərc edilən “Qlobal
Borc Monitoru” adlı hesabatında bu barədə məlumat yer alıb.
Hesabata görə, qlobal borcun həcmi ilin birinci rübündə 4,4
trilyon dollardan çox artaraq 353 trilyon dollara çatıb.
Ardıcıl beşinci rübdür artan və yeni rekord həddə çatan qlobal
borc məbləği ötən ilin eyni dövründə 327,6 trilyon dollar təşkil
edirdi.
Borc nisbətləri inkişaf etmiş bazarlarda azalma tendensiyasını
davam etdirərkən, inkişaf etməkdə olan bazarlarda davamlı olaraq
artıb. Bu dövrdə ən əhəmiyyətli artımlar Norveç, Küveyt, Çin,
Bəhreyn və Səudiyyə Ərəbistanında qeydə alınıb.

