Spiker Sahibə Qafarova Monteneqroya işgüzar səfərə gedib

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament
Assambleyasının Parlament Sədrlərinin 1-ci Sammitində iştirak etmək
üçün Monteneqroya işgüzar səfərə gedib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Trend-ə verilən
məlumata görə, Tivat Beynəlxalq Hava Limanında spiker Sahibə
Qafarovanı Azərbaycanın Monteneqrodakı səfiri Kamil Xasiyev və
digər rəsmi şəxslər qarşılayıblar.

Bildirilib ki, səfər çərçivəsində Milli Məclisin sədri Sahibə
Qafarova Monteneqronun Budva şəhərində keçiriləcək Aralıq Dənizi
Parlament Assambleyasının Parlament Sədrlərinin 1-ci Sammitində
iştirak edəcək.

Vurğulanıb ki, Milli Məclisin sədrinin sammitdə çıxışı və bir
sıra görüşləri nəzərdə tutulub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir