
Bakı. Trend:
9, 10 və 11 may qeyri-iş günlərində Abşeron dairəvi dəmir yolu
üzrə qatarlar həftənin şənbə və bazar günlərinin qrafiki əsasında
hərəkət edəcək.
Trend xəbər
verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat
yayıb.
Bildirilib ki, sərnişinlər hərəkət qrafiklərini səhmdar
cəmiyyətin saytında və ya “ADY Mobile” tətbiqində görə
bilərlər.

