Latviyada dron neft anbarına düşüb

Baş səhifə

Rusiyadan gələn bir neçə pilotsuz uçuş aparatı Latviya hava məkanına daxil olub, onlardan biri Rezekne şəhərində yerləşən neft rezervuarına çırpılıb.

Bu barədə “Delfi” məlumat yayıb.

Məlumata görə, çən boş olduğundan yanğın baş verməyib. Bununla belə, xilasedicilər ehtiyat tədbiri olaraq rezervuarın soyudulması işlərini həyata keçiriblər.

Hadisə ilə bağlı Dövlət Polisi cinayət işi başladıb.

Baş verən insidentdən sonra Latviyada parlamentin Milli Təhlükəsizlik Komissiyasının iclasının çağırılacağı bildirilib. İclasda ölkə hava məkanının təhlükəsizliyi və pilotsuz aparatların daxil olması məsələsi müzakirə olunacaq.

Eyni zamanda, sosial şəbəkələrdə dronun uçuşunu və zədələnmiş neft çənlərini əks etdirən foto və videolar yayılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir