Balakən kanat yolunun inşasına başlanılıb

Baş səhifə

Bakı. Trend:

Balakən kanat yolunun inşasına başlanılıb

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən
(AYNA) məlumat verilib.

Bildirilib ki, Balakən şəhərinin Heydər Əliyev parkında kanat
yolunun inşası istiqamətində işlərə başlanılıb. Artıq mövcud kanat
yolunun söküntüsü həyata keçirilir. İlkin mərhələdə kanat xəttinin
troslarının, aşağı və yuxarı terminalların bütün texnoloji və
elektrik avadanlıqları demontaj edilib. Hazırda terminal
binalarının sökülməsi həyata keçirilir.




Layihələndirməyə əsasən, Balakən kanat yolunun uzunluğu 850
metr, hündürlüyü 53 metr olacaq. Kanat yolu ilə hərəkət müddəti
təxminən 4 dəqiqə təşkil edəcək. 6 kabin vasitəsilə saatda 330
sərnişinin daşınması mümkün olacaq.

Xatırladaq ki, Balakən kanat yolu layihəsi Azərbaycan
Respublikası Prezidentinin “Balakən rayonunun Heydər Əliyev
parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə
bağlı tədbirlər haqqında” 8 may 2025-ci il tarixli Sərəncamı ilə
təsdiqlənib. Layihənin həyata keçirilməsi bölgədə turizm
infrastrukturunun inkişafına və ziyarətçilər üçün yeni imkanların
yaradılmasına töhfə verəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir