
Bakı.Trend:
Mayın 9-da Moskvada mobil internetin fəaliyyəti
məhdudlaşdırılacaq, “ağ siyahı”ya daxil olan saytlar və SMS
mübadiləsi xidmətləri də əlçatan olmayacaq.
Trend xəbər verir
ki, bu barədə Rusiya Rəqəmsal İnkişaf Nazirliyi “Max”
platformasındakı hesabında xəbərdarlıq edib.
“Qələbə Günü münasibətilə keçiriləcək tədbirlərin
təhlükəsizliyinin təmin olunması məqsədilə mayın 9-da Moskvada
mobil internetə- o cümlədən “ağ siyahı”ya daxil olan saytlara- və
SMS mübadiləsi xidmətlərinə çıxış müvəqqəti olaraq
məhdudlaşdırılacaq”,- deyə məlumatda qeyd olunur.
Qurumun bildirdiyinə görə, bu qərar evlərin internet təchizatına
şamil olunmayacaq.
“Onlar heç bir məhdudiyyət olmadan adi rejimdə işləməyə davam
edəcək” – deyə bildirilir.

