
Bakı.Trend:
Fransanın sabiq prezidenti Nikola Sarkozi 2012-ci il seçki
kampaniyası zamanı xərclərin normadan artıq olması ilə bağlı iş
üzrə vaxtından əvvəl şərti azadlığa buraxılıb. Siyasətçinin
elektron qolbağı çıxarılacaq
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Cəzanın çəkilməsi qaydasının yüngülləşdirilməsi ilə bağlı
müraciəti Sarkozinin özü edib. Məhkəmə onun müraciətini mayın 5-də
təmin edib. Sarkozinin xeyrinə qərar onun yaşı nəzərə alınaraq
qəbul olunub. Sarkozinin hazırda 71 yaşı var. Qərar mayın 7-dən
qüvvəyə minəcək.
Nikola Sarkozi 2007–2012-ci illərdə Fransa prezidenti vəzifəsini
tutub. O, bu ölkədə həqiqi həbs cəzası alan ilk sabiq dövlət
başçısı olub.

