Latviyada neft bazasına iki dron düşüb

Baş səhifə

Bakı. Trend:

Latviyanın şərqində yerləşən Rezekne şəhərindəki neft bazasının
ərazisinə iki pilotsuz uçuş aparatı düşüb.

Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.




Xilasedicilərin məlumatına görə, hadisə yerli vaxtla saat 03:30
radələrində baş verib (Bakı vaxtı ilə 04:30). Dronların düşməsi
nəticəsində içərisində neft məhsulları olmayan dörd rezervuar
zədələnib. Hadisə yerində operativ xidmətlər işləyir, Latviya
polisi isə faktla bağlı cinayət işi açıb.

Dronların NATO üzvü olan Latviyanın hava məkanına Rusiya
ərazisindən daxil olduğu qeyd olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir