Qars-Gümrü dəmir yolunda problemlər tapılıb – Paşinyan

Baş səhifə

Gümrü-Qars dəmir yolunun bərpası istiqamətində işlərin davam edir, lakin layihənin icra müddəti ilə bağlı hazırda dəqiq fikir bildirmək mümkün deyil.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib. 

“Bunun əsas səbəbi infrastrukturun texniki vəziyyəti ilə bağlı geniş qiymətləndirmələrin aparılması zərurətidir. Araşdırmalar zamanı vaxtaşırı yeni texniki problemlər üzə çıxır.

40 il ərzində bu infrastrukturla heç kim məşğul olmayıb. Mövcud problemlər qiymətləndirilməli, daha sonra isə praktiki işlərə başlanmalıdır”, – deyə Ermənistan hökumət başçısı vurğulayıb.

Qeyd edək ki, mayın 5-də Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr Gümrü–Qars dəmir yolunun tikinti və bərpa prosesinin tezliklə başlanmasında maraqlı olduqlarını bəyan etmişdilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir