Bunu niyə danışmalıyam? Göstərəcəyəm – Baş nazir

Baş səhifə

Fransa Prezidenti Emmanuel Makronun Ermənistan üçün gördüyü işlərin mayın 28-də keçiriləcək tədbirdə nümayiş olunacağını bildirib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.

“Bunu niyə danışmalıyam? Göstərəcəyəm. Əgər tədbirdə iştirak edə bilməsəniz, televizoru açıb Makronun nə etdiyini görə bilərsiniz”, – Paşinyan vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Paşinyan mayın 28-də – Ermənistanın Birinci Respublikasının yaradılması günü münasibətilə İrəvanın Respublika meydanında hərbi parad keçiriləcəyini açıqlamışdı.

Qeyd edək ki, Emmanuel Makron mayın 3-5-də Ermənistana dövlət səfəri edib və seçkiqabağı dövrdə yenidən mövcud hakimiyyətə açıq dəstəyini ifadə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir