
Bakı. Trend:
Azərbaycan və San-Marino arasında enerji əməkdaşlığı müzakirə
edilib.
Trend xəbər
verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.
“San-Marino Respublikasının maliyyə və büdcə, nəqliyyat və
energetika naziri Marko Qatti və əmək, iqtisadi proqramlaşdırma,
Dövlət Xidmətləri Muxtar Qurumu ilə əlaqələr, ekoloji keçid və
texnoloji innovasiya naziri Alessandro Bevitori ilə görüşdə təbii
qaz və bərpa olunan enerji sahələrində əməkdaşlıq imkanlarını
müzakirə etdik.
Enerji təhlükəsizliyi, “yaşıl keçid” və qarşılıqlı faydalı
tərəfdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi
apardıq”, – paylaşımda qeyd edilib.

