ICD Azərbaycanla 21 saziş bağlayıb

Baş səhifə

Bakı.Trend:

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD)
Azərbaycanla əməkdaşlıq çərçivəsində 21 saziş imzalayıb.

Trend xəbər verir
ki, bu barədə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına
hazırlığa həsr olunmuş təqdimat zamanı ICD-nin bank departamentinin
kredit xətləri bölməsinin meneceri Ulan Abılqaziyev bildirib.

O qeyd edib ki, Azərbaycan da daxil olmaqla Avropa və Mərkəzi
Asiya təşkilatın inkişaf portfelində ən böyük paya malikdir və
əməliyyatların əhəmiyyətli hissəsi ticarət maliyyələşdirilməsinin
payına düşür.




“Azərbaycanla əməkdaşlıq çərçivəsində doqquz yerli maliyyə
institutu, əsasən də kommersiya bankları ilə 21 saziş imzalanıb.
ICD həmçinin alternativ maliyyə mənbələri, o cümlədən islam
maliyyələşdirməsi prinsiplərinə uyğun alətlər təklif edir ki, bu da
yeni biznes yanaşmalarının tətbiqi fonunda Azərbaycan üçün xüsusi
olaraq aktuallaşır”,- deyə Abılqaziyev bildirib.

O vurğulayıb ki, təşkilatın fəaliyyəti ölçülə bilən nəticələrin
əldə edilməsinə yönəlib: layihələr başlamazdan əvvəl hədəf
göstəricilər müəyyən edilir, onların təsiri icra müddəti boyunca
izlənilir, yekun qiymətləndirmə isə layihə başa çatdıqdan sonra
aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir