
Bakı.Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyada mayın 9-da
keçiriləcək Qələbə paradında iştirak etməyəcək.
Trend xarici
mediaya istinadən xəbər verir ki, Paşinyan bu barədə Rusiya
Prezidenti Vladimir Putini öncədən məlumatlandırdığını
bildirib.
Paşinyanın sözlərinə görə, bu, Ermənistanda seçki kampaniyasının
başlaması ilə əlaqədardır.
“Rusiya Federasiyasına aprel ayında etdiyim səfər zamanı RF
prezidentinə bildirdim ki, seçki kampaniyası ilə əlaqədar 9 Mayla
bağlı tədbirlərdə iştirak edə bilməyəcəyəm. Artıq ona bildirmişəm
ki, seçki kampaniyasında iştirak edəcəyəm”, – deyə Paşinyan qeyd
edib.
Qeyd edək ki, Paşinya və Putin arasında görüş aprelin 1-də
Moskvada baş tutub.

