
Bakı. Trend:
Çinin iki keçmiş müdafiə naziri korrupsiya ittihamı üzrə
təqsirli bilinərək barələrində şərti olaraq ölüm cəzası hökmü
çıxarılıb.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Hərbi məhkəmə Vey Fenqhe və Li Şanfu barəsində iki illik
möhlətlə ölüm hökmü çıxarıb. Bu o deməkdir ki, iki ildən sonra
onların ölüm cəzası ömürlük həbslə əvəz olunacaq və cəzanın
yüngülləşdirilməsi və ya şərti azadlığa buraxılma imkanı
olmayacaq.
Hər iki şəxs rüşvət almaqda təqsirli bilinib və onların bütün
şəxsi əmlakı müsadirə olunub.
Vey 2018–2023-cü illərdə müdafiə naziri vəzifəsində çalışıb və
2023-cü ilin martında onu Li əvəz edib. Linın müdafiə naziri kimi
fəaliyyəti isə daha qısa olub.
O, 2023-cü ilin oktyabrında vəzifədən uzaqlaşdırılıb.

