Sabah yağış intensivləşəcək – Xəbərdarlıq

Baş səhifə

Bakı.Trend:

Milli Hidrometeorologiya Xidməti yağışlı hava ilə əlaqədar
xəbərdarlıq edir.

Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və
Abşeron yarımadasında mayın 8-i səhər və gündüz saatlarında arabir
yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın qısa
müddətə intensivləşəcəyi ehtimal olunur.




Azərbaycanın rayonlarında may ayının birinci ongünlüyünün son
günlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə
yağıntılı olacağı gözlənilir. Belə ki, 8-də bəzi rayonlarda,
9-10-da isə əsasən gündüz saatlarında dağlıq və dağətəyi rayonlarda
yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Ayrı-ayrı
yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu
düşəcəyi, dağlıq rayonlarda qar yağacağı, 8-də bəzi yerlərdə
yağıntıların bir qədər güclənəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəz dağ
çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir