Azərbaycanda “yaşıl hidrogen” üzrə növbəti plan yaxın 3-4 ayda təqdim olunacaq – Cavid Abdullayev

Baş səhifə

Bakı. Trend:

“Azərbaycan Milli Hidrogen Strategiyasının və onun Tətbiqi
Planının Hazırlanması”nın ikinci mərhələsi üzrə nəticələrin yaxın
3-4 ayda təqdim edilməsi planlaşdırılır.

Trend xəbər
verir ki, bunu jurnalistlərə açıqlamasında Energetika Nazirliyi
yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru
Cavid Abdullayev deyib.




“Azərbaycan Milli Hidrogen Strategiyasının və onun Tətbiqi
Planının Hazırlanması” layihəsinin birinci mərhələsi çərçivəsində
“Hidrogen üzrə Milli Strateji Baxış” sənədi Avropa Yenidənqurma və
İnkişaf Bankının (AYİB) texniki dəstəyi ilə hazırlanaraq COP29
konfransı zamanı təqdim edilib. Layihənin ikinci mərhələsinin
icrasına başlanılması məqsədilə Avropa Yenidənqurma və İnkişaf
Bankının (AYİB) dəstəyi ilə keçirilmiş tenderin nəticələrinə
əsasən, “DNV Energy Systems Germany GmbH” şirkətinin qalib elan
edilib, layihənin tətbiqi planının hazırlanması üzrə işlər
aparılır. Hazırda bu istiqamətdə dünyanın nüfuzlu texniki
məsləhətçi şirkəti ilə detallı təhlillər davam edir. Qarşıdakı 4-5
ayda fəaliyyət planını elan etməyi planlaşdırırıq”, – o
bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir