Azərbaycan və Finlandiya arasında siyasi məsləhətləşmə keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Mayın 7-də Bakı şəhərində Azərbaycan Respublikası və Finlandiya
Respublikası Xarici İşlər Nazirlikləri (XİN) arasında siyasi
məsləhətləşmələrin növbəti raundu keçirilib.

XİN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan
nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev,
Finlandiya nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər
Nazirliyinin Avro-Atlantik departamentinin baş direktoru Sari
Rautio rəhbərlik edib.

Bildirilib ki, məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi
sahədə əlaqələr müzakirə olunub, davamlı dialoqun saxlanılması üçün
qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində
görüşlərin əhəmiyyəti vurğulanıb.

Daha sonra, iqtisadi, humanitar və təhsil sahələrində, o
cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı
vəziyyəti və inkişaf perspektivləri, ölkəmizin təşəbbüsü və
iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat
layihələri ilə bağlı müzakirələr aparılıb.

Məsləhətləşmələr zamanı regionda mövcud vəziyyət,
Azərbaycan-Ermənistan normallaşma prosesi, işğaldan azad edilmiş
ərazilərimizdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma və
minatəmizləmə işləri barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, qarşılıqlı maraq kəsb edən digər regional və
beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir