“Ağdaş” yarımstansiyasında yaxın zamanda BESM istismara veriləcək – Cavid Abdullayev

Baş səhifə

Bakı. Trend:

Yaxın müddətdə “Ağdaş” yarımstansiyasında Batareya Enerji
Saxlanc Mərkəzinin (BESM) istismara verilməsi planlaşdırılır.

Trend xəbər
verir ki, bunu jurnalistlərə açıqlamasında Energetika Nazirliyi
yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru
Cavid Abdullayev deyib.

O xatırladıb ki, 500 kV-luq “Abşeron” və 220 kV-luq “Ağdaş”
yarımstansiyalarının ərazilərində ümumi gücü 250 MVt, enerji tutumu
isə 500 MVt/saat olan böyük enerji saxlanc mərkəzləri
yaradılıb:




“AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Abşeron” Batareya
Enerji Saxlanc Mərkəzi bu ilin mart ayında istismara verildi. Yaxın
zamanlarda Ağdaşda da Batareya Enerji Saxlanc Mərkəzinin istismara
verilməsi planlaşdırılır”, – C. Abdullayev vurğulayıb.

Qeyd edək ki, layihə çərçivəsində “Abşeron” Batareya Enerji
Saxlanc Mərkəzinin ərazisində 50 akkumulyator batareya və 13
invertor konteyneri quraşdırılıb. Beynəlxalq məsləhətçi şirkətlərin
(ABŞ-nin TETRA Tech və Türkiyənin EPRA) apardıqları araşdırma
Azərbaycanda təxminən 1850 MVt gücündə bərpaolunan enerji
mənbələrinin təhlükəsiz şəkildə enerji sisteminə qoşulması üçün bu
cür batareya sistemlərinin yaradılmasının zəruri olduğunu
göstərib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir