KOBİA-da Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Baş səhifə

Bakı. Trend:

Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ərazi partiya
təşkilatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan
olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Trend xəbər
verir ki, əvvəlcə KOBİA-nın və YAP-ın Nərimanov rayon təşkilatının
nümayəndələri “Bakı KOB evi”ndə Ümummilli Liderin büstü önünə gül
dəstələri qoyublar.

Tədbir öz işinə Azərbaycanın dövlət himninin səslənməsi,
Ümummilli Liderin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından
keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad
olunması ilə başlayıb.
Sonra Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film
nümayiş olunub.

Tədbirdə millət vəkilləri Samir Vəliyev və Vüqar İskəndərov,
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək Ulu
Öndərin dövlətimiz və xalqımız qarşısında xidmətlərindən, ölkəmizin
sosial-iqtisadi inkişafı üçün gördüyü genişmiqyaslı tədbirlərdən
danışıblar.

Tədbir çərçivəsində partiya işində fəal iştirakına görə YAP
Nərimanov rayon təşkilatı tərəfindən KOBİA-nın bir qrup əməkdaşına
fəxri fərmanlar və təşəkkürnamələr təqdim edilib, həmçinin partiya
sıralarına qəbul olunmaq istəyən Agentlik əməkdaşlarının ərizələri
qəbul olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir