
Bakı.Trend:
Argentinada hantavirus infeksiyasına yoluxma və ölüm hallarında
misli görünməmiş artım müşahidə olunmaqdadır. Yaranmış vəziyyət
ölkənin səhiyyə orqanlarında ciddi narahatlıq doğurur.
Trend bu barədə
xarici mediaya istinadla məlumat yayıb.
Argentina Səhiyyə Nazirliyinin hesabatına əsasən, 2025–2026-cı
illərin epidemioloji mövsümündə artıq 101 təsdiqlənmiş yoluxma halı
qeydə alınıb, 32 nəfər isə həyatını itirib. Beləliklə, ölkədə
hantavirusdan ölüm səviyyəsi 31 faizi keçib.
Panamerika Səhiyyə Təşkilatının (PAHO) məlumatına görə, Amerika
qitəsində virusa yoluxma hallarının ən yüksək sayı məhz Argentinada
qeydə alınıb.
Cari ilin əvvəlindən etibarən Argentinada 42 yeni yoluxma halı
rəsmən qeydə alınıb. Hazırkı epidemioloji mövsümdə virusdan ölüm
hallarının ümumi sayı isə üç dəfə artıb.
Qeyd edək ki, hantaviruslar, əsasən xırda məməliləri yoluxduran,
lakin insanlara da keçə bilən viruslar ailəsidir. Ağır hallarda
yoluxan şəxslərdə ağciyər zədələnməsi, ürək çatışmazlığı və
hemorragik qızdırma inkişaf edə bilər

