Mask rekord məbləğdə vergi ödəyib – 10 milyard dollar

Baş səhifə

Bakı.Trend:

“SpaceX” şirkətinin qurucusu İlon Mask bir il ərzində 10 milyard
dollar vergi ödədiyini açıqlayıb.

Trend xəbər
verir ki, dünyanın ən varlı insanı bu barədə “X” sosial şəbəkəsində
paylaşım edib.

“Mən bir il ərzində 10 milyard dollar vergi ödəmişəm, tarixdə
mənim qədər çox vergi verən olmayıb”,- deyə Mask bildirib.




Maskın sözlərinə görə, o vəfat etdikdən sonra əmlaka görə əlavə
40 faiz həcmində daha bir vergi tutulacaq. O hesab edir ki,
ümumilikdə “trilyonlarla dollar vergi” ödənilməli olacaq.

Bundan əvvəl o bildirib ki, bir dəfə o qədər böyük məbləğdə
vergi ödəyib ki, bu, ABŞ Vergi Xidmətinin (IRS) kompüter sistemində
nasazlığa səbəb olub.

“Məlumatları emal etmək üçün proqram təminatını yeniləməli
oldular”,- deyə biznesmen əlavə edib və rəqəmlərin həddindən artıq
böyük olduğunu vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir