Pezeşkian İranın Ali Lideri ilə görüşüb

Baş səhifə

Bakı. Trend:

İran prezidenti Məsud Pezeşkian bu yaxınlarda Ali Lider Seyid
Müctəba Xamenei ilə görüşüb.

Trend-in
məlumatına görə, bu barədə İran prezidenti bu gün Tehranda
sahibkarlarla baş tutan görüşdə deyib.

Onun sözlərinə görə, səmimi şəraitdə baş tutan görüşdə
danışıqlar iki saat yarım davam edib.




Pezeşkian bildirib ki, ölkənin idarə olunmasında birlik, etimad
və həmrəyliyin gücləndirilməsi böyük önəm kəsb edir. Ölkənin yüksək
səviyyəli rəsmiləri görüşlərdə həmrəylik və etimadın önəmini hər
zaman qeyd edirlər.

“Ölkənin və regionun hazırkı həssas dönəmində ölkə rəhbərliyinin
müsbət funksiyası idarəetmə, ümid və həmrəyliyin artırılmasında və
ictimai bağların möhkəmlənməsində önəmli rola sahib ola bilər”, –
deyə o qeyd edib.

Qeyd edək ki, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava
hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei ölüb. 8
martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli
Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri
seçib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir