
Bakı. Trend:
ABŞ-nin Missisipi ştatında bir sıra tornadolar baş verib və
nəticədə ən azı 17 nəfər xəsarət alıb.
Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.
Mayın 5-dən bəri Missisipi ştatında ən azı 14 tornado qeydə
alınıb. Şiddətli hava şəraiti mindən çox tikiliyə ziyan vurub,
dağıntılarr elektrik xətlərini sıradan çıxarıb və təxminən 19 min
insanı elektriksiz qoyub.
Mayın 3-dən 9-dək Missisipi qasırğaya hazırlıq həftəsi elan
edilmişdi, tornado mövsümü ştatda iyun ayında başlayır və payızın
sonuna qədər davam edir.
Missisipi tornado riski yüksək olan bir bölgədir. Ştatda hər il
orta hesabla 30-35 tornado qeydə alınır.

