
Bakı. Trend:
ABŞ hökumətinin Kubaya qarşı sanksiya siyasətinin detalları
açıqlanıb.
Trend xarici
mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko
Rubio bildirib.
Onun sözlərinə görə, Kuba iqtisadiyyatının təxminən 40%-ni idarə
edən “GAESA” holdinqinə, eləcə də onun direktoruna, bu ölkədəki
nikel mədəninin birgə müəssisəsinə qarşı sanksiyalar tətbiq
edib.
O qeyd edib ki, bu məhdudiyyətlər ABŞ prezidenti Donald Tramp
tərəfindən mayın 1-də imzalanmış Kubaya qarşı birtərəfli
sanksiyalar rejiminin kəskin şəkildə sərtləşdirilməsi haqqında
fərman əsasında tətbiq olunur.

