İran ballistik raketlərinin 70%-ni qorumağı bacarıb – MKİ

Baş səhifə

Bakı. Trend:

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ABŞ-nin hava hücumlarından sonra
İranın müharibədən əvvəlki ballistik raket arsenalının təxminən
70%-ni qoruduğunu bildirir.

Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.

Kəşfiyyatın hesabatı ilə tanış olan ABŞ rəsmilərindən birinin
sözlərinə görə, İran müharibədən əvvəlki mobil buraxılış
qurğularının təxminən 75%-ni və raket arsenalının təxminən 70%-ni
mühafizə edib.




Mərkəzi Kəşfiyyat İdarəsinin analitikləri hesab edirlər ki, İran
bombardmanlar nəticəsində qayaların altında basdırılmış yeraltı
arsenallara daxil ola, zədələnmiş raketlərin bəzilərini təmir edə
və yenilərini istehsal edə bilib.

Hərbi əməliyyatlar başlamazdan əvvəl İranın arsenalında təxminən
2500 ballistik raket, eləcə də bir neçə min kamikaze dron olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir