KİV: İranın cənubunda iki PUA zərərsizləşdirilib

Baş səhifə

İranın hava hücumundan müdafiə sistemləri ölkənin hava məkanında iki pilotsuz təyyarəni zərərsizləşdirib.

APA xəbər verir ki, bu barədə İranın Mehr xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, İranın cənubunda yerləşən Bəndər Abbas və Qəşm şəhərləri üzərində iki pilotsuz təyyarə vurulub.

Agentlik hadisə ilə bağlı əlavə heç bir məlumat verməyib.

Qeyd edək ki, Fars xəbər agentliyi daha əvvəl Bəndər Abbas ərazisində partlayışlar barədə məlumat yaymışdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir